Gənclərin Peşəyönümlü Tərbiyəsinin Təşkili

Gənclərin peşəyönümlü tərbiyəsinin təşkili mövzusu ilə bağlı 22.11.2019-cu il tarixdə məktəbdə seminar keçirildi. Seminarda şagirdlərə düzgün peşə seçimi ilə bağlı məlumat verildi. Onların peşələr üzrə düzgün yönəldilməsi istiqaməti göstərildi. Hətta peşə seçimində valideynlərin, müəllimlərin və məktəb psixoloqunun əsas rolları qeyd olundu. Peşə seçimi ilə bağlı video rolik izlənildi, peşələr aləmi haqqında məlumat verildi. Uşaqlar çox aktiv iştirak etdilər və öz fikir və düşüncələrini bölüşdülər.