Dirçəliş Günü

17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 15.11.2019-cu il tarixdə məktəbdə tədbir keçirildi. Tədbirdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verildi. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulandı. Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olundu, bildirildi ki, Ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunub. Tədbirdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olundu. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söylədi, mahnılar ifa olundu, ədəbi-bədii kompazisiyalar nümayiş olundu.