12 noyabr Konstitusiya günü

Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 24 il keçir. Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. 1918-1920-ci illərdə 23 ay mövcud Azərbaycan Xalq Cumhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Məktəbimizdə 12 noyabr Konstitusiya günü ilə bağlı tədbir keçirildi.