Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

Azərbaycanda hər il 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur. Bayraq qələbə sevincimizdir, vətənimizin zəfər günündə göylərə yüksəlir, bayraq qəm sirdaşımızdır, məmləkətimin kədər, hüzn anlarında endirilir. Bayraq Dövlətimizin varlığını sübut edir. Harada üçrəngli bayraq dalğalanır, ora mənim vətənimdir. 08.11.2019-cu ildə məktəbimizdə “9 noyabr bayraq günü “ ilə bağlı tədbir keçirildi. Tədbirdə şagirdlərimizin ifasında mahnılar, şeirlər səsləndirildi.