Müəllim günü

Məktəbdə ənənəyə sadiq qalaraq «Müəllimlər günü» tədbiri qeyd edildi. Tədbirdə bütün məktəb kollektivi,iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbirimiz açıq elan edildi.Məruzə ətrafında danışmaq üçün məktəbin tarix müəllimi Anaxanım müəlliməyə söz verildi. O, müəllimləri təbrik etdi və çıxış edərək bildirdi ki, müəllim çox şərəfli bir sənətdir. Həqiqi müəllim hər şeydən öncə ziyalıdır. Müəllim bütün bəşəriyyətə yol göstərən əsl varlıqdır.Ləyaqətli nəsl hazırlanması üçün ən böyük məsuliyyət daşıyan təhsil işçiləridir.