Ağ ölümlə mübarizə

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.Cəmiyyətdə ağ ölüm kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadları yaradır. Bəşəriyyət üçün bəla olan,irqindən,yaşından,dinindən asılı olmayaraq,bütün xalqları,millətləri düşündürən ən ağrılı problemlərdən biri narkomaniyadır.
Məktəbdə yeniyetmələr arasında mənfi meyilli amillərin qarşısını almaq məqsədilə tez-tez tədbirlər təşkil olunur. 26.09.2019-cu il tarixdə məktəbdə narkomaniya ilə bağlı tədbir keçirildi. Tədbirdə Bakı şəhər BPİ-nin və Suraxanı rayon Polis idarəsinin əməkdaşları iştirak etdilər.