Son zəng

Məktəbimizdə ənənəyə sadiq qalaraq «Son zəng» tədbiri qeyd edildi. Tədbirdə bütün məktəb kollektivi, valideynlər iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbirimiz açıq elan edildi. Sonra söz məktəbin direktoru Gülzadə Məmmədovaya verildi. O, məzunları "Son zəng" tədbiri ilə əlaqədar təbrik etdi və gələcək həyatlarında onlara bir daha müvəffəqiyyətlər arzuladı. Tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu, daha sonra son zəng çalındı.