Atəşgah Dövlət Tarix – Memarlıq qoruğuna ekskursiya

Atəşgah - Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 15.000 nəfər ziyarət edir.
Məktəbimizin 4 “C” sinif şagirdləri Atəşgah Dövlət Tarix – Memarlıq qoruğuna ekskursiyaya getmişdilər.