“VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ “ LAYİHƏSİ

        Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığın təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi məqsədilə 27.05.2019-cu il tarixində məktəbimizdə “Valideynin Məktəbdə Bir Günü“ layihəsi həyata keçirildi. Bütün şagirdlərin valideynləri məktəbə dəvət olunmuşdur. İlk öncə məktəbin foyesində valideynlər direktor tərəfindən qarşılandı. Daha sonra məktəbin direktoru Gülzadə Məmmdova bu layihənin həyata keçirilməsində məqsəd: "valideynlərin övladlarının oxuduğu məktəblə, pedaqoji kollektivlə, onların təhsil səviyyələri ilə tanış olmağı olduğunu" söylədi. Tədbirdə direktor müavini Fərəməz Həsənov valideynlərin suallarını cavablandırdı və onlara yeni qiymətləndirmə üsulu haqqında geniş məlumat verdi. Daha sonra valideynlər istədikləri siniflərdə dərsləri müşahidə etdilər. Layihə çərçivəsində valideynlər məktəblə əyani tanış oldular. Sonda məktəbin direktoru belə görüşlərin, məktəb - valideyn əməkdaşlığının şagirdlərin nailiyyətlərinə çox böyük təsir edəcəyini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi