28 May Respublika Günü

101 il əvvəl may ayının 27-də Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan Cumhuriyyəti yarandı. 28 mayda isə bu xəbər bütün dünyaya elan edildi. Çətin şəraitdə yaranmasına baxmayaraq mühüm işlər görə bildi. Azərbaycanda 28 May 1918-ci ildə elan edilən Cumhuriyyətin 101-ci il dönümü qeyd olunur. Yeni qurulan Azərbaycan Xalq Cumhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Höküməti, dövlət aparatı təşkil olundu. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Lakin müstəqilliyimiz çətinliklə olsa da,yenidən bərpa edildi.

27.05.2019-cu il tarixdə “28 May Respublika Günü“ ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Tədbirdə şagirdlərimizin ifşasında müstəqilliyimizin əldə olunması və üçrəngli bayrağımızın yaradılması ilə bağlı şeirlər səsləndi, mahnılar oxundu, səhnəciklər göstərildi, məruzələr dinlənildi və maraqlı sujetlər oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi