Kitabxanada "Dəyirmi masa"

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli sərəncamına əsasən məktəbimizdə silsilə tədbirlər davam edir. Bu sərəncama əsasən məktəbimizin kitabxanasında “Dəyirmi masa” keçirildi.
İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Bütün bunlarla bağlı maraqlı söhbətlər aparıldı.