İnsan hüquqları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü”kimi qeyd olunur. Bu əlamətdar tarixi nəzərə alaraq “İnsan Hüquqları aylığı” elan olunmuşdur. Aylıq çərçivəsində məktəbimizdə insan hüquqları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlərlə maraqlı söhbətlər aparılmış, məruzə dinlənilmiş və maraqlı sujetlər göstərilmişdir. Şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.