FİZİKLƏRİN YARADICILIQ MÜSABİQƏSİ KEÇİRİLİB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin keçirilməsinə başlanılıb. Müsabiqə IX, X, XI sinif şagirdləri arasında üç mərhələdə keçiriləcək.
Aprelin 4-də məktəbdaxili yarışma keçirilib. Qalib gələn şagirdlər II mərhələdə iştirak etmək hüququ qazanıb. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsində rayon üzrə keçiriləcək.