İlaxır çərşənbə

Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətraf aləm canlanır. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir.
Bununla bağlı 3 “C” sinif şagirdləri “İlaxır çərşənbə” adı altında tədbir keçirdilər. İştirakçılar milli geyimlər geyinərək məktəbdə bahar əhvali-ruhiyyəsi yaratdılar. Daha sonra adət-ənənəyə uyğun olaraq qapılara papaqlar atdılar.