Məktəbimizdə “Milli – mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” mövzusunda seminar keçirilmişdir

01.03.2019-cu il tarixində məktəbimizdə 8 “D” sinfində tarix dərsində “Milli – mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” mövzusunda seminar keçirilmişdir.
Seminarı Ümummilli liderimiz Heydər Əliyevin “Biz öz milli – mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət - ənənələrimizlə fəxr edirik” sözü ilə başlayan müəllimə, milli – mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasının vacib məsələlərdən biri olduğunu qeyd etdi. Toy mərasimi, Azərbaycan xalqının qonaqpərvərliyi, çay mərasimləri, çörəyə hörmət, Novruz bayramı, Azərbaycan Xalq oyunları, dini mərasimlər və bayramlar, xalçaçılıq, bədii tikmə, metalişləmə, Azərbaycan mətbəxi və.s adətlərimizin ayrılmaz hissəsi olduğunu qeyd etdi. Seminar şagirdlər tərəfindən maraqla qarşılandı.