Gənc kimyaçılarımız final mərhələsində

Bakı Şəhərı üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli,  F-89 nömrəli əmri ilə elan edilmiş Bakı şəhəri ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin Azərbaycan və rus bölmələrinin  9-11-ci sinif şagirdləri arasında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” 2019-cu ilin fevral-mart aylarında üç mərhələ üzrə keçirilir.

Müsabiqənin birinci mərhələsi fevral ayının 14-də  təhsil müəssisələrində, ikinci mərhələsi isə fevral ayının 22-də rayonlar üzrə keçirilmişdir.

Rayonlar üzrə keçirilən mərhələdə şəhərin 12 rayonu üzrə 15 komanda qalib gəlmişdir. Suraxanı rayonu üzrə məktəbimiz üçüncü mərhələyə keçmişdir.

Müsabiqənin üçüncü mərhələsinə keçən şagirdlərimizi 06 mart 2019-cu il tarixdə saat 11:00-da Ali Neft Məktəbində keçiriləcək final mərhələsinə yola saldıq. Onlara zehin açıqlığı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi