Xocalı faciəsini xatırladan qəzetlər

Məktəbimizdə Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş divar qəzetlərinin guşələri yaradıldı. Qəzetlər həm məktəbin dəhlizlərində xüsusi ayrılmış yerdə, həm də sinif otaqlarında lövhələrə vuruldu. Qəzetlərdə şagirdlərin Xocalı Soyqırımına həsr etdikləri rəsmlər, erməni vəhşiliyini əks etdirən sənədli şəkillər nümayiş etdirildi. Şagirdlərimiz dərin hüznlə Xocalı faciəsini rəsmlərdə əks etdirmişlər. Biz Xocalı faciəsində həlak olanların hər birini böyük ürək yanğısı ilə yad edirik.