Azərbaycan dili və ədəbiyyatı dərsində "Dəyirmi masa"

Məktəbimizdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə 6 “Ç” sinfində Azərbaycan dili və ədəbiyyatı dərsində “Dəyirmi masa” keçirildi.
Ana dili xalqın milli-mənəvi varlığı, özünü təsdiqi, həyat tərzi, mədəni irsidir. Ana dilimiz, müqəddəs varlığımız hesab etdiyimiz doğma Azərbaycan dilimiz ulu Vətənimiz kimi tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, özünəməxsusluğunu qoruyub saxlamış, nəsillərdən-nəsillərə ötürülərək yaşamışdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilməsi haqqında geniş müzakirə aparıldı.