Məktəbimizdə "Valideynin məktəbdə bir gün" adlı lahiyə keçirildi

    Fevralın 19-da məktəbimizdə “Valideynlərin məktəbdə bir günü” layihəsi həyata keçirildi. Valideynlər məktəbimizlə yaxından tanış oldular, öz rəy və təkliflərini bildirdilər. Pedaqoji heyət və texniki işçi kollektivi ilə yaxından ünsiyyət qurdular. Tədbirdə valideynlər və Təlimə dəstək mərkəzinin nümayəndəsi Məmmədova Dilbər xanım da iştirak etdilər.     

    Tədbir “Məktəb – valideyn münasibəti” adı altında slayd ilə başladı. Məktəbin direktoru Gülzadə Məmmədova 17 sentyabr 2018-ci il  - 19 fevral 2019-cu il müddətində məktəbdə görülmüş işlər haqqında hesabat verdi. Gələn nümayəndə valideynlərin suallarını cavablandırdı. Sonra valideynlər müəllimlər ilə görüşüb öz övladlarının təhsili və tərbiyəsi ilə maraqlandılar. Onlar müəllimlərlə söhbət edərək uşaqların təhsili haqqında məlumat alır, bəzi çətinlikləri və gerilikləri aradan qaldırmaq üçün məsləhətləşmələr apardılar. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparıldı. "Valideynin məktəbdə bir günü” layihəsi məktəb-şagird-valideyn üçbucağı münasibətlərini daha da sıxlaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi