"NARKOMANİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA GÖRÜŞ

Narkomaniya-bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya düçar olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. 12 fevral 2019-ci il tarixdə məktəbimizdə QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkil olunmasında məqsəd şagirdləri pis vərdişlər, QİÇS və onun yoluxma yolları haqqında geniş şəkildə məlumatlandırmaq olmuşdur. Mövzu ilə bağlı maraqlı faktlar səsləndirilmiş və video çarxlar nümayiş olunmuşdur. Tədbirdə Suraxanı rayon Qaraçuxur qəsəbəsi 15 nömrəli Birləşmiş şəhər xəstəxanasının həkimi Yusubova Şəfa Qorxmaz qızı iştirak etmişdir.