ŞƏHİDLƏR UNUDULMUR

Məktəbimizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü mövzusunda keçirilən silsilə tədbirlərin biri də məktəbin 3 “B” sinfi tərəfindən təşkil olunmuşdur. Onlar yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən danışdılar. Şagirdlərin hazırladıqları slayd nümayiş etdirildi. Slaydda Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin Bakıda törətdikləri xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri yer alırdı. Şagirdlərin hazırladığı səhnəcik bütün məktəb kollektivini göz yaşlarına boğdu. Sonda məktəbin direktoru Gülzadə Məmmədova hər kəsə öz təşəkkürünü bildirdi.