“Ən gözəl Yeni il yolkası” adlı müsabiqənin qalibləri

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə “Ən gözəl Yeni il yolkası” adlı müsabiqənin qalibləri elan olundu. Müsabiqənin şərtlərinə əsasən ən yaxşı Yeni il yolkası orijinallığı ilə seçilməli idi. Yekun nəticəyə əsasən fərqlənən əl işləri qiymətləndirildi.
Bütün qalibləri təbrik edirik, hamıya yeni ildə yeni uğurlar, sağlamlıq, gözəl günlər arzulayırıq. Bayramınız mübarək!