XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

Bakı Ekspo Mərkəzində XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirildi. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgidə Təhsil Nazirliyi geniş təmsil olunurdu. Sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi”, “Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilirdi. Məktəbimizin IX – XI sinif şagirdləri sərgidə oldular. Təqdim olunan əl işləri, maketlər şagirdlərin marağına səbəb oldu. Uşaqlar ölkəmizdə və xaricdə fəaliyyət göstərən ali məktəblər barədə məlumatlar əldə etdilər. Bu məlumatların gəlcəkdə onların həyatında böyük rol oynayacağına əminik.