BASKETBOL TURNİRİ

11 oktyabr  Bakı şəhəri S.Abdullayev adına 290 saylı tam orta məktəbdə şəhid Səməd Kamal oğlu Abdullayevin doğum gününə həsr edilmiş ənənəvi basketbol turniri keçirildi. Yarışda Suraxanı rayonu məktəblərindən 10 komanda iştirak edirdi. Məktəbimiz üçün yarış maraqlı anlarla yadda qaldı. Məktəbimizin komandası 3-cü, 275 №-li məktəbin komandası 2-ci, 290№-li məktəbin komandası isə 1-ci yerə layiq görüldülər. Qalib komandalara medallar və kuboklar, Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən isə diplomlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi