Məktəbimizdə I Pedaqoji Şura

            Məktəbimizdə Pedaqoji Şuranın ilk iclası keçirildi. İclası Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Pedaqoji şurada direktor Gülzadə xanım Məmmədova gündəlik məsələlər barədə məlumat verdi. O, eyni zamanda "Ümumi təhsil sahəsində 2018/2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrasını təmin etməyin vacibliyini vurğuladı. Həmçinin ixtisas müəllimlərinin dərs yükü, sinif rəhbərlərinin təsdiqi, metodbirləşmələrin, dərnəklərin təsdiqi, şagirdlərin dərsliklərlə təminatı barədə məlumat verdi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Fərəməz Həsənov və Sahibə Camalova  müəllimləri salamladı qarşıda duran məsələlər barədə söhbət açdı. Direktor yeni 2018-2019-cu tədris ilində müəllim kollektivimizə  uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi