Bilik Günü

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür. Bilik günü ilk zəng, ilk həyəcandır. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayramdır. Bu il də sentyabrın 15-də məktəbimizdə ənənəvi olaraq “15 sentyabr-Bilik günü” ilə əlaqədar tədbir keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülzadə Məmmədova açdı. Daha sonra söz Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndəsi və şəhid Cavanşir Rəhimovun anası Lalə xanıma verildi.