Mən sülhə səs verirəm milyonlardan biri tək

Məktəbimizin fəaliyyət planına uyğun olaraq uşaqların müdafiəsi, sülhə nail olmağın yolları, dövlətimizin sülhsevər siyasətini aşılamaq məqsədilə 01.06.2018-ci il tarixində 1a və 4a sinif şagirdlərinin iştirakı ilə "Mən sülhə səs verirəm milyonlardan biri tək" adlı tədbir təşkil olundu. Tədbirdə çıxış edən şagirdlər uşaqların müdafiəsindən bəhs edən məlumatlar çatdırmış, bütün dünyada uşaq hüquqlarının qorunmasının vacibliyini qeyd etmiş, öz şeir, səhnəcik və musiqi nömrələri ilə məktəbin şagird və müəllim kollektivinə xoş anlar bəxş etmişlər.