Simvolik olaraq məktəbimizin rəhbərliyi öz vəzifələrini balaca fidanlara həvalə etdilər

Bu gün 1 İyun– Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar simvolik olaraq məktəbimizin rəhbərliyi öz vəzifələrini balaca fidanlara həvalə etdilər. Şagirdlərimiz bu bir saat ərzində öz öhdələrinə düşən vəzifəni layiqincə dəyərləndirdilər. Bu ərəfədə məktəbimizin direktoru Məmmədova Gülzadə Tapdıq qızını 4ç sinif şagirdi Məmmədova Mədinə Mais qızı, təlim – tərbiyə işləri üzrə direktor müavini Həsənov Fərəməz İbrahim oğlunu 2c sinif şagirdi Cəlilov Kənan Samir oğlu, təlim – tərbiyə işləri üzrə direkor müavini Camalova Sahibə Cəlal qızını 1ç sinif şagirdi Yaqublu Ayan Omar qızı, tərbiyə işləri üzrə director müavini Seyidova Pakizə Ənvər qızını 2b sinif şagirdi Səmədli Əsmər Kənan qızı əvəz etdi.