Beynəlxalq muzey günü

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Elə bu məqsədlə də məktəbimizin 7a sinif şagirdləri Tarix muzeyinə səfər etmişdilər. Şagirdlər muzey haqqında geniş məlumatlandırıldılar.