Şagirdlərin Memorial Soyqırım Muzeyində iştirakı

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyində “1918-ci il 31 Mart azərbaycanlıların soyqırımının 100-cü ildönümü” ilə bağlı tədbirlər keçirildi. Bu tədbirdə Suraxanı rayonu məktəbləri iştirak edirdi. 27 mart 2018-ci il tarixlində C.Rəhimov adına 146 nömrəli tam orta məktəbin VB sinif şagirdləri və tarix müəllimi Vəliyeva Ellada xanımda iştirak etmişdir. Şagirdlərin burada “Sovet hakimiyyəti qurmaq“ adı altında Bakıda hakimiyyəti ələ keçirən ermənilər 1918-ci il 31 mart və 1 apreldə bolşevik rusiyasının hərbi yardımı ilə Bakıda soyqırm törədərək 15 min azərbaycanlını qətlə yetirmişdilər. Bir milyona yaxın əhali öz tarixi etnik torpaqlarından didərgin salınmışdır. 1919-cu il və 1920-ci illlərdə Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə 31 mart Milli Matəm günü kimi qeyd olunmuşdur. Belə tədbirlər şagiirdlərimizində vətənpərvərlik, milli ruhunun formalaşmasına təkan verir.