Bahar bayramına həsr olunmuş tədbir

İlin ən gözəl fəsillərindən biri bahardır. Bahar xoş əhval-ruhiyyə fəslidir. Bahar gələndə təbiət canlanmağa, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. Ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayır, bu bayramı Bahar adlandırırdılar. Sonralar bu bayram Novruz bayramı kimi qeyd olunmuşdu.
16 mart 2018-ci il tarixdə məktəbimizin ibtidai sinif şagirdləri “Elimizə bahar gəlir” adı altında bayram tədbiri keçirdilər. Məktəbimizin bütün kollektivini bu bayram münasibəti ilə təbrik edib, onlara Bahar kimi xoş əhval – ruhiyyəli olmağı arzuladılar.