Yel çərşənbəniz mübarək

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi çərşənbələrin üçüncüsüdür. İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Bu gün məktəbimizdə Yel çərşənbəsi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Novruz bayramının simvolları olan Keçəl və Kosa sinifləri gəzərək şagirdlərdə bayram əhval-ruhiyyəsi yaratdılar. Yel çərşənbəniz mübarək.