23 fevralda 146 nömrəli tam orta məktəbdə " Xocalı" faciəsinə həsr olunmuş tədbir keçirildi
Xocalı əsrin faciəsidir.Ermənilər tərəfindən soyqırıma məruz qalmış Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı , əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədi həkk olundu.