14.12.2017 – ci il tarixdə məktəbimizdə “ Narkomaniya və Ağ ölüm ” mövzusunda görüş keçirildi.
Narkomaniya – bəşərin ən qorxulu bəlası ! Artıq uzun müddətdir ki, narkomaniya cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir.
Təkcə yaxşı şeylərin tarixi olmur . Qəribə səslənsə də, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salsaq görərik ki, narkomaniya , sadəcə müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Narkomaniyaya qarşı mübarizədə dövlət və qeyri – dövlət təşkilatları da mühüm tədbirlər : təbliğat və təşviqat işləri həyata keçirirlər.Bu sahədə qeyd etmək lazımdır ki, məktəblər də xeyli rol oynayır. Belə ki, məktəb rəhbərliyi, müəllimlər eləcə də valideynlər narkomaniyanın yeniyetmələr və gənclər arasında qarşısının alınmasında yaxından iştirak edirlər.
Görüşdə Suraxanı rayon polis bölməsinin rəisi polis polkovniki Namiq Həsənov, Suraxanı rayon Narkomaniya mübarizə bölməsinin rəisi polis mayoru Səməd Şıxlı, 32 – ci polis bölməsinin rəisi polkovnik leytenant Rəşad Quliyev və Suraxanı rayon İcra hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev, 15 saylı BŞX – nın həkimi Şəfa Yusubova iştirak etdilər .