146 nömrəli tam orta məktəbdə " Bülbülün 120 illik" yubileyinə həsr olunmuş tədbir keçirildi.

Bu gün xalqımız öz qüdrətli sənətkarını  - Şuşa torpağının yetirməsi olan yüksək zirvələr fəth edən Bülbülü yad edir . Bülbülün ruhu həm burada , həm də Şuşa torpağında dolaşır bu gün . Onun əsl adı  Murtuz idi . Ancaq xalq ona Bülbül adı verdi. Ecazkar səsi ilə hamını heyran qoydu. Sənətkar xalq tərəfindən sevildi və sevilir. Bülbül Azərbaycan professional vokal sənətinin banisi olmuşdur. Ümumiyyətlə, Bülbül musiqi tariximizdə çox böyük xidmət göstərmişdir . O , xalqın hafizəsində qorunan musiqi folklorumuzu çox zənginləşdirmişdir. Bülbülün musiqi aləmindəki xidmətləri mühüm hadisə kimi qiymətləndirilir. Bülbülün qüdrəti onun sənətinin xəliqliyində idi . Bülbül Azərbaycan musiqisini həm sevdi, həm də sevdirdi . O, Azərbaycan torpağının Bülbülü oldu. Xalqımız xüsusi qədir bilənliklə Bülbülün xatirəsini əziz tutur, gələcək nəsillər üçün onun adını əbədiləşdirir . 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi