Unudulmayan qan yaddaşımız

“Xocalı”-deyəndə ilk öncə 1992-ci ilin qarlı, şaxtalı fevral günü yada düşür. Ağ qarın üstünə səpələnmiş günahsız insan cəsədləri göz qabağına gəlir. Unudulmayan qan yaddaşımız, mənfur düşmənin bəd əməlləri ........33 il keçir. 300 il də keçsə unudulmayacaq tarix...
26 fevral 2025-ci il tarixdə 146 nömrəli tam orta məktəbdə ibtidai siniflərdə Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Xocalı qurbanlarının yad olunması ilə bağlı vidioçarxlar nümayiş olundu. Xocalı Soyqırımını hörmətlə anırıq.