"Yeddinci siniflərlə kimya gecesi"

Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə start verilib.
Sonra meydan gənc kimyaçılara verilib. Onların təqdim etdikləri təcrübələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.146 nömrəli tam orta məktəbin yeddinci sinif şagirdləri kimya fənnindən praktik biliklərini bacarıqla nümayiş etdiriblər.D.Mendeleyevin yaratdığı “Kimyəvi elementlərin dövri sistemi cədvəli”nə həsr olunmuş videoçarx nümayiş edilib. Təcrübi məşğələləri şagirdlər 146 nömrəli tam orta məktəbin kimya müəllimələri Q.Mətanət və A.Tamillanın rəhbərliyi altında həyata keçiriblər. Məktəbin direktoru çıxış edərək nümayiş edilən təcrübələrdən və məktəblilərin kimya fənni üzrə nəzəri və təcrübi biliklərindən razı qaldığını bildirib,tövsiyyələrini verib.