20 YANVAR-Ümumxalq Hüzn Günü

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı 17.01.2025-ci il tarixində məktəbimizdə ilk dərs saatları şəhidlərin xatirəsi hörmətlə yad olunaraq siniflərdə dövlət himninin oxunması ilə başladı. 20 Yanvar şəhidləri və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Müəllimlər qanlı gecəni əks etdirən hadisələri şagirdlərə məruzə etdi. 20 Yanvar şəhidlərinin əziz xatirəsini qürurla, ehtiramla anırıq. Allah şəhidlərimizə rəhmət etsin!