“Narkomaniyaya yox deyək” adlı tədbir

13 yanvar 2025-ci il tarixdə Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbdə“Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi.
“Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Surxay Vəliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Asəf Əmrahov, Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşlarına çatmayanların işi üzrə bölmə rəisi polis polkovnik - leytenant Əfqan Ağayev, həmin bölmənin inspektoru Polis kapitan İlahə Balayeva, 32-ci polis bölməsinin rəisi polis mayoru Samir Çobanov, həmin bölmənin inspektor polis mayoru Elmar Hüseynov, 146 nömrəli tam orta orta məktəbin direktoru Qasım Qasımov və 9-11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər narkomaniyanın törətdiyi ağır fəsadlardan, onlara qarşı mübarizə üsullarından danışıldı. Tədbirin sonunda şagirdlər onları maraqlandıran suallara ətraflı cavab aldılar.