27 sentyabr Anım günü

Xalqımızın tarixində yadda qalan günlər çoxdur. Bunların içində fərəhlə qeyd etdiyimiz günlər də, qəhərli qeyd etdiyimiz günlər də var. 2020-ci il 27 sentyabr....
Zəfərimizin, qələbəmizin müharibə meydanında qazanıldığı tarixin, II Qarabağ müharibəsinin başlandığı gün. Yüzlərlə şəhidin həyatı, qazinin sağlamlığı bahasına qazanılan qələbənin ilk günü.... Anım günü...
27 sentyabrda başlanan və 10 Noyabr-Zəfər Günü ilə tamamlanan bu tarix Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaq. Şəhidlərə rəhmət, qalanlara can sağlığı! Var olsun Azərbaycan dövləti, Azərbaycan xalqı və xalqı ətrafında birləşdirən dövlət başçısı.