"Xocalı soyqırımının otuz ikinci ildönümü

Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış silsilə tədbirlərimiz həyata keçirilir. Fevralın 23-də məktəbin UBTR-i Sevinc Əmirova və təsviri incəsənət müəllimi Nərminə Səfərovanın təşkilatçılığı ilə 5-ci və 9-cu siniflər üzrə "Xocalı soyqırımı" sərgisi təşkil olunmuşdur.