31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Şəhidlər ölməz, vətən bölünməz. İstər Həmrəylik Günü, istər Dirçəliş günü,istər yeni il......
Bütün tədbirlər, şəhidlərin anılması, qazilərimizin, digər müharibə iştirakçılarının adnın hörmətlə çəkilməsi hər bir azərbaycanlının şərəfli borcu vəzifəsidir. 31 Dekabr Milli Dirçəliş Günü ərəfəsində Suraxanı rayonu C.Rəhimov adına 146 nömrəli tam orta məktəbdə şəhidlərin şəkillərindən ibarət sərgi təşkil olunmuşdur. Uşaq birliyinin təşkilatçılığı ilə təşkil olunmuş bu sərgi bütün müəllim və şagirdləri kövrəltmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin, vətənimizi qorusun. Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın birliyi, bütövlüyü varlığı əbədi olsun.