Yanvarın 24-də C. Rəhimov adına 146 nömrəli tam orta məktəbdə "Təhsili Dəyərə Çevirək" devizi altında - Ekologiya və İqtisadiyyat mövzusunda şagird və müəllimlərin iştirakı ilə əhatəli tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq onlarda təbiətə maraq oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək olmuşdur. Tədbiri məktəbin Biologiya müəllimi Əskərova Mahiyyə müəllimə hazırlamşdır.