"Erkən nikah və onun fəsadları" adlı profilaktik görüş

146 nömrəli tam orta məktəbdə "Erkən nikah və onun fəsadları" adlı profilaktik görüş keçirilmişdir. Şagirdlərə erkən nikahın fizioloji, psixoloji xüsusiyyətləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, erkən yaşda uşaqlar ailə qurmağa hazır olmurlar və bu cür nikahlar sonradan onların həyatında bir sıra fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığı və fiziki-psixoloji çətinliklərə kimi bir çox proseslərə yol açır. Daha sonra mövzu ətrafında şagirdlərlə müzakirə aparılmış, suallar cavablandırılmışdır.