8 noyabr "Zəfər Günü"şəhid Orxan Hüseynovun ailəsi ilə görüş

    Şəhid Baş leytenant Orxan Bəhmən oğlu Hüseynov 25 iyul 1991-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Əslən Qərbi Azərbaycandan olan Orxan Hüseynov 1997-ci ildə Cavanşir Rəhimov adına 146 saylı orta məktəbə daxil olub, 2008-ci ildə isə həmin məktəbi bitirdikdən 1 il sonra Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olub. 2013-cü ildə akademiyanı yüksək fərqlənmə diplomu ilə bitirib, 2013-2014-cü illərdə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək, ixtisasını daha da mükəmməl səviyyəyə çatdırıb və 2014-cü ildə Qusar şəhəri N saylı hərbi hissədə tağım komandiri kimi hərbi qulluğa başlayıb. Xidməti ilə həmkarları və rəhbərliyinin rəğbətini qazanan, yüksək nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunan Orxan Hüseynov 2017-ci ildə Tərtər rayonunda yerləşən, az sonra isə Yevlaxdakı N saylı hərbi hissəyə təyinat alıb və son gününə kimi burada qulluğa davam edib. 

    Hələ sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülən Orxan Bəhmən oğlu Hüseynov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Suqovuşanın azad olunmasına görə""Qüsursuz xidmətə görə"26.06 2023 cü ildə isə "Şücaətə görə"medalı ilə də təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi