Pedaqoji Şuranın İclası keçirildi

Sentyabrın 14-də 2023-2024-cü dərs ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasda gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, 2023-2024-cü dərs ili üçün Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq təlimat və tövsiyələri pedaqoji kollektivin diqqətinə çatdırılaraq yeni dərs ili üçün qarşıda duran hədəflər və vəzifələr müəyyənləşdirildi, müvafiq qərarlar qəbul edildi.
Məktəbin ibtidai sinif müəlliməsi İradə İsmayılova 60 illik, rus dili müəlliməsi Sevinc İsmayılovanı 50 illik yubileyləri münasibətilə təltif olundular.
Məktəb kollektivini yeni tədris ili münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!