"İnsan hüquqları aylığına" aid profilaktik görüş

2023-cü il Heydər Əliyev ili çərçivəsində həyata keçirilən tədbirlərlə əlaqədar olaraq məktəbimizdə "İnsan hüquqları aylığına" aid profilaktik görüşlər həyata keçirilmişdir. İnsan hüquqları nədir? İnsanın hansı hüquqlar vardır? bu kimi mövzular ətrafında geniş müzakirələr aparılmış, geniş məlumat verilmişdir. İnsan hüquqları insanın sadə ehtiyaclarını əks etdirir. İnsan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır.