SON ZƏNG.

    Ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbirinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.06.2023-cü il tarixli 3-29-59/3-2-227F/2023 nömrəli əmrinə uyğun olaraq məktəbimizdə ənənəvi formada "Son zəng" tədbiri təşkil edildi.Tədbir məktəbimizin adını daşıdığı Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanımın iştirakı ilə şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbiri giriş sözü ilə açan məktəbimizin direktor əvəzi Tacəddin Allahyarlı qonaqları salamlayaraq məzunlara xoş arzularını çatdırdı. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ədibə Manafova, qonaqlar, 11-ci sinif rəhbərləri, müəllimlər, valideynlər çıxış edərək məzunları təbrik etdi, onlara müstəqil həyat yollarında uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi