Milli Qəhrəmanın 50 illik yubileyi

    Cavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi.C.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Burada Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsgər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. C.Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. 6 avqust 1992-ci ildə Mİ-24 vertolyotu raket atəşinə məruz qaldı və Cavanşir həyatını itirdi. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. C.Rəhimov Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Milli Qəhrəman Cavanşir Rəhimovun adını daşıyan 146 saylı tam orta məktəbin şagirdlərinin təqdimatı oldu.Cənnətdəki doğum günün, yubileyin mübarək!..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi