Beynəlxalq Ana Dili Günü

    Fevralın 21-i Dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

    Bu məqsədlə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Novruzovanın təşkilatçılığı ilə "21 Fevral –Beynəlxalq Ana Dili Günüdür" adı altinda tədbir keçirildi. Tədbirdə şagirdlər öz ana dillərini təbliğ etdirən seirlər söyləyib, mahnılar ifa edib,müxtəlif maraqlı səhnələr nümayıiş etdilər Bununla onlar ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi